Avropa çempionatı: Azərbaycan millisi Belçikaya məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ilk sınağında Belçika yığması ilə qarşılaşıb. Serbiyanın paytaxtı Belqraddakı “Stark Arena”da keçirilən görüş Azərbaycan millisi üçün uğursuz alınıb.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edirlər.

Azərbaycan millisinin A qrupundakı digər rəqibləri Serbiya, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmalarıdır.

Avropa çempionatı

20 avqust

A qrupu

Azərbaycan – Belçika 0:3 (13:25, 24:26, 13:25)
Belqrad. “Stark Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button