
“Barselona”nın matçında insident: Qadın sürücü avtomobili azarkeşlərin üzərinə sürüb
La Liqanın 36-cı turu çərçivəsində Barselonada baş verən insidentin yeni təfərrüatları açıqlanıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Espanyol” – “Barselona” matçı üçün stadiona gedən azarkeş izdihamının üzərinə avtomobilini sürən qadın sərxoş olmayıb.
Bu barədə Cənub Rayon polis idarəsinin rəisi Edvard Sallen bildirib:
“Açıq yolda maşın sürən bir nəfər özünü fanatların əhatəsində görüb və hələ məlum olmayan səbəbdən qəfil sürətlənib. Biz indi bu manevrəyə nəyin səbəb olduğunu araşdırırıq. İlkin məlumata görə, toqquşma nəticəsində 14-ə yaxın insan xəsarət alıb. Hüquq-mühafizə orqanları çaxnaşma və ya avtomobildə texniki nasazlığın yarana biləcəyini istisna etmədən hadisə ilə bağlı araşdırmaları davam etdirir”.
Qarşılaşma “Barselona”nın “Espanyol” üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb və bu, komandaya La Liqada erkən çempionluq qazandırıb.
Bizi Facebook-da izləyin