Qadın sablyaçılardan Kazanda bürünc medal

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Rusiyanın Kazan şəhərində keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman oyunlarında bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, Sevil Bünyatova, Valeriya Bolşakova, Valentina Zeynalova və Fərəh Abbasovadan ibarət milli komandamız ilk görüşündə Hindistan seçmə kollektivini 45:23 hesabı ilə üstələsə də, finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin qalibi Rusiya yığmasına 19:45 hesabı ilə məğlub olub.

Qadın sablyaçılarımız üçüncü yer uğrunda keçirilən görüşdə Belarus seçmə kollektivinə 45:30 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button