“Səni zorlayıb, yatdığın yerdə aorta damarını kəsəcəm” deyə, mesajlar gəlirdi”

Qadın futbolçulardan ibarət İsveç milli komandasının üzvü Hedviq Lindal sosial şəbəkədə qarşılaşdığı maraqlı hadisələr haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Lindal, 2019-cu ildə keçirilən dünya çempionatında Almaniyanı 2:1 hesabıyla məğlub etdikləri oyundan sonra təhdid olunduğunu deyib:

“İnstagram”da mənə “səni zorlayıb, yatdığın yerdə aorta damarını kəsəcəm” deyə, mesajlar gəlirdi. Bir insanın belə şeylər göndərməsi məni narahat edirdi. Çünki bunlar normal şeylər deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button