Braziliyanın 41 yaşlı rekordçusu
Qadın futbolçulardan ibarət milli komandaların dünya çempionatı üçün Braziliya yığmasının heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi Formiqa, millinin DÇ-2019-dakı oyunları üçün heyətə dəvət alıb. Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Formiqa qadın futbolunda dünya çempionatına ən çox qatılan futbolçu ünvanını qazanıb. O, 7-ci dəfə Braziliya millisi ilə dünya çempionatına yollanacaq.
PSJ-nin şərəfini qoruyan Formiqa, DÇ-2019-un oyunlarında iştirak edəcəyi təqdirdə, dünya çempionatlarında forma geyinən ən yaşlı qadın futbolçu rekorduna da imza atacaq.
Fransada təşkil olunacaq dünya çempionatı 7 iyun-7 iyul aralığında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin