İsveçrə millisinin üzvünün cəsədi tapıldı
Qadın futbolçulardan ibarət İsveçrə millisinin və “Yanq Boyz” klubunun üzvü Floriyana İsmaili vəfat edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Floriyana İtaliyadakı Komo gölünə üzmək üçün girmiş, ancaq daha sonra ondan xəbər alınmamışdı. İki gün davam edən axtarışlardan sonra 24 yaşlı futbolçunun cəsədi tapılıb.
Floriyananın meyidi gölün 200 metr dərinliyindən çıxarılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin