“Survivor”a görə milli komandadan kənarlaşdırıldı

Qadın futbolçulardan ibarət Türkiyə milli komandasının üzvü Aycan Yanaç yığmadan kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Necla Güngör açıqlama verib. Güngör, 21 yaşlı hücumçunu “Survivor” yarışmasına qatıldığı üçün bir daha yığmaya çağırmayacağını deyib.

Almaniyanın “Nürnberq” klubunda çıxış edən Aycan, 2018-ci ildən Türkiyə milli komandasına dəvət alır. O, yığmanın heyətində bir oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button