Qadın futbolçulardan ibarət milli komanda Əfqanıstandan qaçdı!

Əfqanıstanın qadın futbolçulardan ibarət milli komandası ölkədən qaçıb.

Komanda.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Favad Çaudri “Daily Sabah”a açıqlamasında deyib. Nazir, qadın futbolçuların Əfqanıstan – Pakistan sərhədindəki “Torham” keçid məntəqəsində olduqlarını bildirib. Onun dediyinə görə, futbolçular Pakistan Futbol Federasiyası tərəfindən qəbul ediləcək.

Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra xeyli insan, o cümlədən, idmançılar ölkəni tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button