Futbol tarixində daha bir biabırçı hesab – 56:0

Braziliyada qadın futbolçulardan ibarət komandaların ölkə çempionatında futbol tarixinin ikinci ən böyük hesablı nəticəsi qeydə alınıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Flamenqo” və “Qremio” komandaları arasında keçirilən görüş birincilərin 56:0 hesablı qələbəsiylə başa çatıb. Bu, futbol tarixində 2-ci ən böyük hesablı nəticədir.

Futbol tarixinin ən çox qol vurulan oyunu isə 2002-ci ildə qeydə alınıb. Madaqaskarda keçirilən “Ademi” – “Emirne” matçı 149:0 hesabıyla başa çatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button