Dünya çempionatı: Hakim oyun zamanı huşunu itirdi
Qadın futbolçular arasında keçirilən dünya çempionatının seçmə mərhələsinin Almaniya – Serbiya matçında xoşagəlməz hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində ingiltərəli yan xətt hakimi Elen Edvards huşunu itirib. O, həkimlərim ilkin müdaxiləsindən sonra özünə gəlsə də, işinə davam edə bilməyib.
Xəstənaya çatdırılan Elenin vəziyyəti sabitdir.
Almaniya – Serbiya matçı 5:1 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin