Qadın futbolçu ilə öpüşən Rubiales: “Qızlarımdan birininki ilə tam eyni idi”

İspaniya Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verən Luis Rubiales hesab edir ki, onun İspaniya millisinin futbolçusu Cennifer Hermoso ilə öpüşməsi seksual xarakter daşımayıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Rubiales futbolçu ilə öpüşməsini qohumlarla öpüşməyə bənzədib:

“Orada heç bir zərərli nəsə yox idi. Heç bir seksual hərəkət, aqressiya, buna bənzər bir şey yox idi. Cenninin öpüşünün mənası mənim qızlarımdan birininki ilə tam eyni idi. Dostlar və qohumlar arasında bu çox yayğındır”.

Sentyabrın 10-da Rubiales federasiyanın rəhbəri postunu tərk edəcəyini açıqlamışdı. O, işini davam etdirə bilmədiyi üçün ayrıldığını qeyd edib.

Avqustun 20-də İspaniyanın qadın futbolçulardan ibarət komandası finalda İngiltərə millisinə qalib gələrək (1:0) dünya çempionu olub. Mükafatlandırma mərasimi zamanı Rubiales ispaniyalı futbolçu Cennifer Hermosonun dodaqlarından öpüb.

İspaniya prokurorluğu Rubialesin cinsi təcavüzü ilə bağlı araşdırmaya başlayıb. FİFA isə Rubialesin 15 il futboldan uzaqlaşdırılmasını gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button