Qadağası aradan qaldırıldı, Fransaya yollandı – FOTO

Azərbaycan əsilli keçmiş futbolçu Əli Daeinin İranı tərk etməsinə icazə verilib.

Komanda.az “ir.voanews.com” saytına istinadən xəbər verir ki, onun səyahət qadağası aradan qaldırılıb. Fransanın paytaxtı Parisə yollanan Əli Daei “instaqram” hesabı vasitəsilə FİFA prezidenti Canni İnfantino ilə fotosunu paylaşıb.

İran millisinin ən məhsuldar futbolçusu kimi tarixə düşən keçmiş oyunçu isveçrəli funksionerin dəvəti ilə bu gün Parisdə keçiriləcək “The Best” mükafatlandırma mərasiminə qatılacaq.

Ölkədəki etirazlara dəstək verdiyi üçün İran təhlükəsizlik xidmətləri 2022-ci ilin oktyabrında Əli Daenin pasportunu müsadirə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button