“Vaxta ehtiyacımız olacaq” – Sarri

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri İtaliya kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Milan”la cavab oyunundan (0:0) sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis, koronavirus səbəbiylə yaranan fasilədən sonra ilk oyunda futbolçuların çıxışı və Kriştiano Ronaldonun qaçırdığı penalti epizodu haqqında danışıb:

“Azarkeşlər üçün darıxsaq da, üç ay sonra meydanda olmq möhtəşəm hissdir, amma bu, heç kim üçün asan deyildi. Komanda ilk 30 dəqiqədə çox yaxşı oynadı, oyuna diqtə etdi. Daha sonra isə zehni yorğunluq yaşadıq, oyun tempi düşdü. Hazırda oyunlar çox risklidir. Futbolçular uzun müddətdir oynamır, buna görə də, fiziki və zehni keyfiyyətləri tamamlamaq asan deyil. Bunun üçün vaxta ehtiyacımız olacaq.

Ronaldo? O da sona qədər müəyyən çətinlik yaşadı, amma lazım olduğu kimi oynadı. Qaçırılan penalti şanssızlıq idi.

Finalda kiminlə qarşılaşmaq istəyərəm? Yaxşı oyun olacaq, amma vacib olan bu gün bizim burda olmağımızdır”.

İtaliya kubokunda digər finalçının adına bu gün keçiriləcək “Napoli” – “İnter” matçında aydınlıq gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button