Qəza keçirən futbolçu evə buraxıldı
“Vest Hem”in hücumçusu Maykl Antonio xəstəxanadan evə buraxılıb.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
34 yaşlı futbolçu Londonun mərkəzi xəstəxanasında ayağından əməliyyat olunub. Hazırda o, bərpa prosesini ev şəraitində davam etdirəcək.
Xatırladaq ki, Maykl Antonio bir müddət öncə avtomobil qəzası keçirmişdi. Onun cari mövsümdə meydana çıxmayacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin