Qətər yığması baş məşqçisiz qaldı

Qətər millisinin baş məşqçisi Karluş Keyruş vəzifəsindən ayrılıb.

Komanda.az Qətər Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Noyabrda Qətər millisi DÇ-2026-nın seçmə mərhələsinin ikinci mərhələsində Əfqanıstan (8:1) və Hindistanı (3:0) məğlub edib. Yığma 6 xalla A qrupunun cədvəlinə başçılıq edir.

Keyruş bu ilin fevralından Qətər yığmasına rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button