Qətər millisi Bakıya bu heyətlə gələcək – siyahı
Futbol üzrə Qətər millisinin Serbiya və Azərbaycanla yoxlama oyunları üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, Qətər yığmasının baş məşqçisi Feliks Sançes 27 futbolçuya dəvət göndərib:
Qapıçılar: Saad Əl-Şib, Meşaal Barşam (hər ikisi “Əl Sədd”), Mahmud Abunada (“Əl Arabi”), Salah Zakaria (“Əl-Duhail”);
Müdafiəçilər: Pedro Migel, Abdelkarim Hassan, Tarek Salman, Ahmed Suhail, Musab Xeder, Salem Əl-Hacri (hamısı “Əl Sədd”), Bassam Əl-Ravi (“Əl-Duhail”),Tamim Əl-Muhaza, Homam Ahmed (hər ikisi “Əl-Qarafa”);
Yarımmüdafiəçilər: Bualem Xuxi, Məhəmməd Vaad, Tarek Salman (hamısı “Əl Sədd”), Assim Madibo, Karim Budiaf, İsmayıl Məhəmməd, Abdulla Əl Ahrak (hamısı “Əl-Duhail”), Ahmed Fathi (“Piramidz”, Misir), Abdulaziz Hatem (“Əl-Rayyan”), Xalid Munir (“Əl-Bakra”);
Hücumçular: Əkrəm Afif, Hassan al-Haydos (“Əl Sədd”), Məhəmməd Muntari, Almoez Əli (hər ikisi “Əl-Duhail”).
Noyabrın 11-də Belqradda Serbiyanın qonağı olacaq Qətər yığması üç gün sonra Bakıda Azərbaycan millisiylə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin