Portuqaliya klubunu Qətərə dəyişdi – Rəsmi
“Əl-Duhail” Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubundan müdafiəçi İbrahim Bambanı transfer edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qətər təmsilçisi 21 yaşlı futbolçu ilə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. “Vitoriya” bu keçiddən 9 milyon avro qazanacaq.
Bamba 2022/23 mövsümündə Portuqaliya klubunun heyətində 35 oyuna çıxıb və bir dəfə qırmızı vərəqə ilə cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin