
Qətər klubu Koutinyonun keçidini tamamlamağa yaxındır
“Aston Villa”nın futbolçusu Filipp Koutinyo “Əl-Duhail”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qətər klubu 31 yaşlı braziliyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Koutinyo 2022-ci ildə Premyer Liqa klubuna keçib. O, ötən mövsüm “Aston Villa”nın heyətində 22 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin