“Qərarı Deku verəcək” – “Barselona”nın prezidenti
“Barselona”nın prezidenti Xuan Laporta komandanın istefa verən baş məşqçisi Xavi ilə dialoqun detallarını açıqlayıb.
Komanda.az RAC1-ə istinadən xəbər verir ki, o, qərarı klubun idman direktoru Dekunun verəcəyini bildirib:
“Xavini mövsümün sonuna qədər qovmaq fikrim yoxdur. O, mənə dedi ki, getsə, daha yaxşı olar və müqaviləsinin qalan bir ilinin qazancından da imtina edir. Ona dedim ki, mövsümün sonuna qədər qalmaq variantını yalnız o olduğuna görə qəbul edəcəm.
Qərarı klubun idman direktoru Deku verəcək. Lakin komandaya gələcək məşqçinin yetərincə təcrübəsi olmalıdır. Əlbəttə, daha yaradıcı bir qərar verməsək. Rafael Markes? İstisna olunmur. Hans-Diter Flik? Dekudan soruşun”.
Xavi La Liqanın 22-ci turunda “Vilyarreal”a məğlubiyyətdən (3:5) sonra mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayıb. O, 2021-ci ilin payızından komandaya rəhbərlik edir.
Bizi Facebook-da izləyin