Qərar veriləcək: Çempionlar Liqasında əlavə vaxt ləğv oluna bilər!

Avropa futbolunun rəhbərliyi Çempionlar Liqasının pley-off matçlarında heç-heçə olacağı təqdirdə, əlavə vaxtın ləğvi ideyasına qayıtmaq qərarına gəlib.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, UEFA rəsmiləri klub nümayəndələri ilə müvafiq məsləhətləşmələrə başlayıb. Əlavə 30 dəqiqəlik oyun ləğv edilərsə, komandalar daha az səylə penaltilər seriyasına keçə biləcəklər.

Həmçinin, 1/4 final mərhələsinə qədər avrokuboklarda bir ölkədən klubların ayrılması nəzərdə tutulur. Bütün bu planlar UEFA-nın mayın 30-da keçiriləcək iclasından sonra reallığa çevrilə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button