Qərar verib – “Bayern”də qalacaq
Leroy Sane bu yay “Bayern”i tərk etməyəcək.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 27 yaşlı almaniyalı cinah oyunçusu Münhendə qalmağa qərar verib.
Sane, “Bayern”lə müqaviləsinin bitməsinə bir il qalanda, gələn yay karyerasını başqa klubda davam etdirmək variantlarını gözdən keçirəcək. Hələlik futbolçunun “Bayern”lə heç bir danışığı olmayıb.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” Osman Dembelenin əvəzinə Saneni transfer etmək istəyir.
Sane ötən mövsüm Bundesliqada 32 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin