Azərbaycan millisi Belarusa qalib gəldi

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda Belarus millisi ilə üz-üzə gəlib. Bu komanda ilə daha əvvəl keçirilən oyunda qalib müəyyənləşməmişdi (0:0).

Azərbaycan millisi Millətlər Liqasının əvvəlki üç turunda sərgilədiyi oyunla tənqidləri üzərinə çəkib. Komandanın üç oyundan nəticəsi də uğursuz idi – 1 xal. Bu oyunda yığma komanda həm qrup sonuncusu olmaqdan qurtulmaq, həm qələbə qazanmaq, həm də nəhayət, Millətlər Liqasında qol “oruc”unu pozmaq üçün çalışıb və inamlı qələbə sayəsində istəyinə çatıb.

UEFA Millətlər Liqası, 4-cü tur
C Liqası, 3-cü qrup

13 iyun

Azərabaycan – Belarus 2:0
Qol: M.Emreli, 76. R.Şeydayev, 90+2.
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Georgios Tsovaras (hamısı Yunanıstan)
Bakı. “Dalğa Arena”

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Coşqun Diniyev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 16. Dmitri Nazarov, 17. Toral Bayramov, 19. Anton Krivotsyuk, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.

Belarus: 12. Pavel Pavlyuçenko, 2. Kiril Peçenin, 3. Valeri Boçerov, 4. Ruslan Xadarkeviç, 5. Vladislav Malkeviç, 6. Sergey Politeviç, 8. Hlep Şevçenka, 9. Maks Ebonq, 10. Eqor Boqomolski, 14. Yevgeni Yablonski (k), 21. Vladislav Klimoviç.
Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 7. Artyom Bıkov, 11. Yeqor Boqomolski, 13. Dmitri Bessmertnı, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 20. Zaxar Volkov, 22. Roman Bequnov, 23. Valeri Qromiko.
Baş məşqçi: Georgi Kondratyev.

Xal: Qazaxıstan – 10, Slovakiya – 6, Azərbaycan – 4, Belarus – 2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button