“Qələbəyə layiq idik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 12-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Vacib qələbə qazandıq. Hesab böyük görünə bilər, amma futbolçular çox əziyyət çəkdi. Xüsusən meydança ilə bağlı. Süni örtükdə topu idarə etmək olmurdu. İlk hissədə çətinliklər var idi. İkinci hissədə artıq alışdılar. Bu, futbolçuları əsəbiləşirdirirdi. İlk dəfə burda oynadıq. Ümumiyyətlə, çox xoş oldu. Futbolçularımı təbrik edirəm. Qələbəyə layiq idilər.
  • Ozobiçin durumu necədir?
  • Ozobiçin durumu ilə bağlı dəqiq məlumat sabah bilinəcək. Dizində ağrılar oldu. Bu da daha çox meydanla bağlı idi.
  • Nəriman Axundzadənin debütünü necə dəyərləndirirsiz?
  • Nəriman Axundzadə normal oynadı. İlk oyunu idi. Əvvəldə həyəcan göründü, amma ikinci hissədə daha rahat oldu. Oyunundan razı qaldım.
  • Vaxtından əvvəl çempionluq planları varmı?
  • Belə bir şey olsaydı, çox yaxşı olardı (gülür). Amma mövsümün heç yarısını oynamamışıq. Qarşıda çox oyunlar olacaq. Çempionluğun taleyini tez həll etməyi düşünsək, bu, komandaya mənfi təsir göstərər.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button