“Qələbəyə layiq idik” – Naqelsmann
“Bayern”in baş məşqçisi Yulian Naqelsmann UEFA Çempionlar Liqasının 1/8 finalının PSJ ilə cavab görüşünü (2:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ikinci hissədə daha yaxşı müdafiə olunduqlarını deyib:
“İlk hissədə öncədən planlaşdırdığımız məqamları icra edə bilmədik. Fasilədən sonra daha yaxşı müdafiə olunduq. Topu ələ keçirməkdə rəqibə təhlükəli anlar yaratdıq. Qələbəyə layiq idik”.
İki oyunun nəticəsinə əsasən, Bundesliqa klubu Liqa 1 təmsilçisini 3:0 hesabı ilə məğlub edib və 1/4 finala adını yazdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin