“Qələbə “Yuventus”un genlərində var” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandasının İtaliya kubokunu qazanmasından sonra fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qələbəyə görə xoşbəxt olduğunu deyib:

“Futbolçularım üçün çox xoşbəxtəm, onlar klubu, məni, azarkeşlərimizi sevindirdilər. Qələbə “Yuventus”un genlərində var. Gələn mövsüm bu klubda çalışmasam, geriyə güclü komanda qoyacam”.

Dünən “Yuventus” və “Atalanta” arasında final matçı baş tutub. Oyun Alleqrinin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button