“Qələbə üçün verilən mükafat artıb” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 23-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Rəqibin gücünü bilirdik. “Qarabağ”la çempionluq uğrunda mübarizə aparır. Xallarımızı artırmaq istəyirdik. Bu gün futbolçularımdan inamlı olmağı istəmişdim. Bu, vacibdir. Mühüm üç xal idi. Azarkeşlərimiz möhtəşəm idi. Çempionat davam edir. Gələn oyunlara hazırlaşacağıq. “Huner Group” bizi daha da motivasiya edir. Qələbə üçün verilən mükafat əvvəlki ilə müqayisədə artıb. Bu da komanda üçün əlavə stimuldur”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button