ÇL: “Bu nəticədən çox razıyıq”

“İnter”in hücumçusu Markus Türam UEFA Çempionlar Liqasının 3-cü turunda “Yanq Boys” üzərində minimal hesablı qələbədən (1:0) sonra fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu bu nəticədən çox razı olduqlarını bildirib:

“Komandamız güclü rəqibə qarşı çətin oyun keçirdi. Final fitinə qədər yaxşı oynadıq və qələbəni qopardıq. Bu nəticədən çox razıyıq. Qələbə qolunu vurduğum üçün çox şadam”.

Milan klubu Çempionlar Liqasında 3 oyuna topladığı 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. İsveçrəlilər isə hələ xal qazanmayıb və 35-ci yerdədirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button