Xavi: “Mən hələ də “Real”ı favorit hesab edirəm”

“Barselona”nın baş məşqçisi Xavi İspaniya kubokunun yarımfinal mərhələsinin “Real”la ilk matçını (1:0) şərh edib.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, çox yaxşı müdafiə olunduqlarını bildirib:

“Biz topu saxlaya bilmirdik. Çox yaxşı müdafiə olunduq. Sona qədər mübarizə apardıq. Bu, çox müsbət haldır.

Minimal hesablı qələbə bizə müəyyən üstünlük verir. Lakin cavab oyununda çox güclü “Real”la rəqabət aparmalı olacağıq. Mən hələ də onları favorit hesab edirəm”.

“Barselona” – “Real” cütünün cavab qarşılaşması aprelin 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button