“Sabah”ın baş məşqçisi: “Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

“Sabah” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Bolqarıstanın “Levski” komandası ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, oyundan iki gün əvvəl “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın jurnalistlər üçün brifinqi keçirilib. Litvalı mütəxəssis çox ağır və çətin oyun olacağını bildirib:

“Sofiyadakı ağır oyundan sonra zədələrin, qıcolmaların olması normaldır. Amma oyunçularım bərpa prosesini geridə qoyublar. İnanıram ki, qarşıdakı matçda istədiyim “11-liy”i meydanda görə biləcəm.

Onu deyə bilərəm ki, hansı oyun üslubunu seçərsək seçək, inanıram ki, qələbə qazanan tərəf olacağıq. Amma onu da bilirəm ki, çətin oyun olacaq. Çünki “Levski” yaxşı təşkilatlanmış komandadır. Qapısında birdən çox qol görməyib.

Biz bilirik ki, çox ağır və çətin oyun olacaq. İlk oyunda yaxşı nəticədən bizi sadəcə 7-8 saniyə ayırdı. Bilirsiz ki, bu qarşılaşmada bizi heç-heçə qane etmir. Ona görə də, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qarşılaşma avqustun 14-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. “Sabah” ilk oyunda 0:1 hesabı ilə məğlub olub.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button