
“Qələbə qazanmaq vacib idi” – Arauxo
“Barselona”nın müdafiəçisi Ronald Arauxo komandasının La Liqanın 6-cı turunda “Elçe”yə qalib gəldiyi oyununu (3:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qələbənin vacib olduğunu deyib:
“Bu gün qələbə qazanmaq vacib idi. Biz turnir cədvəlində yuxarı qalxmaq istəyirik, bu, bizim əsas məqsədimizdir – mümkün qədər yüksək pillədə olmaq. Rəqin yaxşı oynadı, bu, meydanda göründü. Nəticə bizim üçün əladır”.
Kataloniyalılar 6 matçdan sonra 16 xalla İspaniya La Liqasında turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin