
“Qələbə qazana bilərik” – Elvin Bədəlov
Azərbaycan yığmasının futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə Fransa millisinə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bunları söyləyib:
“Fransaya qarşı son oyunumuzdur. Çətin rəqibdir, lakin inanırıq ki, evdə qələbə qazana bilərik.
İnanmıram ki, oyuna maraq az olacaq. Stadionun dolu olacağını düşünürəm. Kilian Mbappe gəlməsə də, Fransanın uğurları, tanınmış futbolçuları çoxdur. Çətin olacaq. Komanda olaraq onlar inamlı olacaq”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



