Qədirzadənin komandası uduza-uduza gedir

Futbol üzrə Gürcüstan çempionatında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Dila Qori” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

İbrahim bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçi sonadək ehtiyatda qalıb.

“Samtrediya” 20 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button