Qədirov millinin Qazaxıstandan 3 xalla dönəcəyinə inanır
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Vladislav Qədirov millimizin UEFA Millətlər Liqasında Qazaxıstana qarşı keçirəcəyi səfər oyunundakı şanslarını dəyərləndirib.
Komanda.az xəbər verir ki, o, Qazaxıstan mətbuatına açıqlamasında bunları söyləyib:
“Bu, turnirdə ilk oyundur. Buna görə komandalar ehtiyatlı olmağa çalışacaqlar. Qazaxıstan yığmasında yeni baş məşqçi var. Onun yetirmələri özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Amma Qazaxıstan yığmasında böyük üstünlük olduğunu görmürəm. Mətbuatdan oxuduqlarıma əsasən bilirəm ki, heyətlə bağlı ciddi problemləri var. Azərbaycan yığmasında isə yaxşı heyət yığılıb. Aydın məsələdir ki, Azərbaycan millisinə azarkeşlik edəcəyəm. Şanslar bərabərdir. Komandamız səfərdə oynamasına baxmayaraq, Qazaxıstan yığmasını üstələyə bilər. Bu baxımdan meydana buraxılacaq start heyətindən də çox şey asılıdır”.
Bu gün Nur-Sultan şəhərindəki “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Bizi Facebook-da izləyin