“Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”
“Səbail”in yarımmüdafiəçisi Fəhmin Muradbəyli Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində qarşılaşacaqları “Qəbələ” ilə oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Ötən mövsüm “Qəbələ”yə 2 qol vurdum. Amma bu, artıq tarixdi. İndi diqqəti qarşıdakı oyuna yönəldib məşqlərdə var gücümüzlə çalışmaq vacibdi. Mövsümün çox vacib dövrüdü. Düşünürəm ki, bu mövsüm azarkeşlər üçün çox maraqlı keçir”.
“Səbail” – “Qəbələ” matçı aprelin 27-də keçiriləcək və saat 17:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin