“Qəbələ”nin zədəlilərindən biri sıraya döndü, ikisi…

“Qəbələ” Premyer Liqanın 3-cü turunda “Sumqayıt”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmada iki futbolçu iştirak etməyəcək.

Asif Məmmədov və Fares Abu Akel zədədən sonra bərpa prosesi keçir. Məmmədov fərdi məşqlərə də start verib.

Bərpa prosesini başa vuran Zurab Oçiqava isə artıq komanda ilə hazırlığa başlayıb.

“Qəbələ” – “Sumqayıt” görüşü saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button