“Qəbələ”nin zədəlilərindən biri sıraya döndü
“Qəbələ” Premyer Liqanın 12-ci turunun bu gün keçiriləcək oyununda “Neftçi”ni qəbul edəcək.
Komanda.az xəbər verir ki, ev matçının hazırlığında “qırmızı-qaralar”ın 2 futbolçusu iştirak etməyib.
Fares Abu Akel və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Asif Məmmədov isə komanda ilə məşqlərə başlayıb.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” görüşü saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin