“Öz-özümə “lənət olsun” dedim” – “Qəbələ”nin yeni transferi
“Qəbələ”nin yeni transferi Kristof Atanqana-Assimba açıqlama verib.
Komanda.az “elcorreo.com” saytına istinadən xəbər verir ki, 21 yaşlı qapıçı, daha əvvəl Azərbaycan haqqında məlumatının olmadığını deyib:
“Atletik”lə müqaviləm bitəndə artıq kənara çıxmaq, dünyanı görmək istəyirdim. Menecerimə İspaniyanı tərk etmək istədiyimi dedim.
Menecerim “Qəbələ”dən təklif olduğunu söylədi. Öz-özümə “lənət olsun” dedim. Bakı, Azərbaycan. Həmin vaxt bu ölkə haqqında məlumatım yox idi. Hara getdiyimi, orda məni nəyin gözlədiyini bilmirdim. Bunun üçün məndə qorxu var idi.
Sonra təyyarəyə mindim və Azərbaycana yola düşdüm. Bakıya gələndə çox təəccübləndim. Bakı çox gözəl şəhərdir və insanları çox mehribandır. Burda ingilis dilini bilənlər çoxdur”.
“Qəbələ” Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin