“Kim layiqdirsə, o da növbəti mərhələyə vəsiqə qazansın” – “Qəbələ”nin futbolçusu

“Qəbələ”nin hücumçusu Davit Volkov Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Dinamo” (Gürcüstan) ilə qarşılaşacaqları ilk oyun haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Volkov Gürcüstan mətbuatına açıqlamasında, Tbilisi təmsilçisi ilə görüşə hazır olduqlarını deyib:

“Oyuna yaxşı hazırlaşmışıq. “Dinamo” ilə oyundan gözləntilər böyükdür. Bütün kollektiv bu matça köklənib. Kim layiqdirsə, o da növbəti mərhələyə vəsiqə qazansın”.

“Qəbələ” – “Dinamo” matçı sabah, saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button