“Qəbələ”nin üç futbolçusu hələ də məşqlərdə iştirak etmir
Yeni mövsümə hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq prosesinin səkkizinci gününü başa vurub.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.
Yeri gəlmişkən, klub zədəli futbolçularının sən durumunu açıqlayıb. Əyalət təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, “Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.
Ürfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir. Yaovi Akakpo isə “West Hospital”da keçirdiyi əməliyyatdan sonra müalicə olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin