“Qəbələ”nin Türkiyədəki rəqiblərindən ikisi bəlli oldu
“Qəbələ” 2023/24 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək.
Komanda Boluda məskunlaşacaq. Burada üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq. İlk iki qarşılaşmada “Qəbələ” Moldovanın “Sukleya” və Rusiyanın “Orenburq” klubları ilə üz-üzə gələcək. Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək. “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkəmizdə yekunlaşdıracaq.
Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.
Bizi Facebook-da izləyin