Qəbələnin rəqibi Serbiya millisinin üzvünı transfer etdi

“Qəbələ”nin UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Omoniya” klubu yeni hücumçu transferini rəsmiləşdirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kipr təmsilçisi Serbiya millisinin futbolçusu Veljko Simici heyətinə qatıb.

28 yaşlı forvard ölkəsinin “Voyvodina” klubundan alınıb. Futbolçu ilə 2 illik müqavilə imzalanıb. “Omoniya”nın baş məşqçisi Sofronis Avqusti, Simicin “Qəbələ” ilə ilk oyuna hazır olacağına ümid etdiyini bildirib.

“Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button