“Qəbələ”nin keçmiş baş məşqçisindən gürcü futbolçuya tərif

“Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin gürcü futbolçu Xviça Kvaratsxeliyanın Çempionlar Liqasının qrup mərhələsində “Napoli”dəki oyununu yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Syomin, Kvaratsxeliyanı İtaliya klubunun lideri adlandırıb:

“Xviça əsas keyfiyyətindən, driblinqdən mükəmməl istifadə edir. Hər il onu inkişaf etdirir. O, hər yaşda bu keyfiyyəti ilə fərqlənirdi. Buna görə də, Avropa klublarının skautları onu müşahidə edirdilər. O, “Napoli”nin lideridir. Kvaratsxeliya “Napoli”nin ən yaxşı oyunçularından biridir, onların əla komandası var. Düşünürəm ki, Çempionlar Liqasında çox irəli gedəcəklər. Xviça orada hər kəsə bacarığını göstərəcək”.

Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə verib.

Syomin 2103-14-cü illərdə “Qəbələ”ni çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button