“Qəbələ”nin keçmiş baş məşqçisi Musayevin “Krasnodar”a təyinatından danışdı

Azərbaycanın “Qəbələ” klubunun sabiq çalışdırıcısı Yuri Syomin Murad Musayevin “Krasnodar”a baş məşqçi təyinatından danışıb.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Syomin, Musayev seçiminin “Krasnodar” rəhbərliyi üçün əla qərar olduğunu bildirib:

“Bir çaya iki və ya üç dəfə girə bilərsiz. Bu, “Krasnodar” rəhbərliyinin əla qərarıdır. O, Azərbaycanda təcrübəli olub, yaxşı işləyib. Ümid edirik ki, o, çempionluq yarışını davam etdirəcək və qalib gələcək. İviçin istefasını başa düşürəm. Kuboku itirdilər və aşağı yerlərə düşdülər. Düşünürəm ki, bu, bununla bağlıdır”.

“Krasnodar” martın 13-də 2023-cü ilin yanvarından komandaya rəhbərlik edən Vladimir İviçi istefaya göndərib.

Musaev artıq 2018-ci ilin aprelindən 2021-ci ilin aprelinə kimi “Krasnodar”ı çalışdırıb. Mütəxəssisin son iş yeri 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına kimi çalışdığı Azərbaycanın “Sabah” klubu olub.

“Krasnodar” 20 turda 39 xal toplayaraq Rusiya çempionatında turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button