
“Qəbələ”nin iki futbolçusu İspaniya klubunda
“Qəbələ” klubunun üzvləri Gülağa Əsədov və Mehrac Baxşəliyev İspaniyanın “Malaqa” klubunun akademiyasında baxışda olacaqlar.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, hər iki futbolçu bu gündən etibarən avqustun 31-nə qədər Sequnda təmsilçisinin düşərgəsində olacaq.
AFFA İcraiyyə Komitəsinin 3 iyun 2019-cu il tarixli iclasında xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərcinin AFFA tərəfindən ödənilməsi barədə qərar qəbul olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin