“Qəbələ”nin futbolçusundan yubiley matçı

Azərbaycan Premyer Liqasının 29-cu turu Ülvi İsgəndərov üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu “Qəbələ”nin heyətində 90-cı çempionat matçına çıxıb. Bu, “Zirə” ilə ev qarşılaşmasında (2:1) gerçəkləşib.

Ülvi “Qəbələ” forması ilə çıxdığı Premyer Liqa görüşlərində 16 qola imza atıb. O, klubun heyətində çempionatda 90 və daha çox oyun keçirən 12-ci futbolçudur.

Xatırladaq ki, İsgəndərovun “qırmızı-qara” formada çıxdığı ilk Premyer Liqa matçı 2019/20 mövsümündə baş tutub. O, 2019-cu il avqustun 17-də “Sumqayıt”la ev görüşündə (0:2) şans qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button