“Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza
AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Samuel Tettehi 4 oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna qanalı hücumçunun Premyer Liqanın 17-ci turunda “Səbail”lə keçirilən səfər görüşünün 36-cı dəqiqəsində təcavüzkar davranışa yol verməsi səbəb olub.
Rəqibə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alan 27 yaşlı forvardın cəzasının 2 oyunu şərti olacaq. Onun bu davranışı “Qəbələ”ni 3000 manat ziyana salıb.
“Kəpəz”lə matçın 26-cı dəqiqəsində və oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” 1500 manat cərimələnib.
“Araz-Naxçıvan”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin