“Qəbələ”nin futbolçusu Yunanıstan klubunda?

“Qəbələ” klubunun futbolçusu İbrahima Niasse karyerasını yenidən Yunanıstanda davam etdirə bilər.

Komanda.az “sport24.gr” saytına istinadən xəbər verir ki, seneqallı futbolçu sözügedən ölkənin “Lamiya” klubunun hədəfindədir. Futbolçunun “Lamiya”da çıxış etməyə müsbət yanaşdığı və transferin baş tutması üçün viza məsələlərinin həll olunmasını gözlədiyi bildirilir.

2019-cu ilin oktyabrından “Qəbələ”nin şərəfini qoruyan 32 yaşlı yarımmüdafiəçi, bunadək İsveçrədə “Ksamaks” (2008-11), Azərbaycanda “İnter”in (2012-13) şərəfini qoruyub. O, 2013/14 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. “Qəbələ”dən ayrıldıqdan sonra Niasse Rumıniyada “Konkordiya” (2014-16), İslandiyada “Odişa” (2016), Yunanıstanda “Levadiakos” (2017-18), Mərakeşdə “Raca Kasablanka” (2018) klublarının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button