“Qəbələ”nin futbolçusu əməliyyat olunacaq
“Qəbələ”nin futbolçusu Rasim Ramaldanov əməliyyat olunacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi “facebook” səhifəsi məlumat yayıb. Ramaldanov sabah Ukraynanın paytaxtı Kiyevdə diz nahiyəsindən əməliyyat olunacaq.
Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının 6-cı turunun “Qəbələ” – “Neftçi” oyununda (0:3) zədələnmişdi. Onun çarpaz bağları qopmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin