“Qəbələ”nin futbolçusu ölkəni tərk etdi

“Qəbələ” klubunun futbolçusu İviça Juniç Azərbaycanı tərk edib. 

Komanda.az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi şəxsi “facebook” hesabından məlumat yayıb. 

Müdafiəçi, hazırda hava limamında olduğunu və Avstriyaya yollandığını bildirib.

Xorvatiyalı futbolçu keçən ilin yayında “Qəbələ”yə keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button