“Qəbələ”nin futbolçusu DÇ-də ilk oyununa çıxdı

Çilidə 20 yaşadək yığmalar arasında dünya çempionatı keçirilir.

Komanda.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Salihu Nasiru da bu turnirin iştirakçısıdır.

O, çıxış etdiyi Nigeriya millisi ilə ilk görüşdə Norveçə 0:1 hesabı ilə məğlub olub.

Əsas heyətdə oyuna başlayan Nasiru 78-ci dəqiqədə əvəzlənib.

Nigeriya yığması növbəti görüşünü oktyabrın 3-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button